AZ   |   RU
Türkiyə MN-dən 27 sentyabr - Anım Günü ilə bağlı bəyanat


Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanın 20 sentyabr - Dövlət Suverenliyi Günü, 44 günlük, şanlı Vətən müharibəsinin dördüncü ildönümü və 27 sentyabr - Anım Günü münasibətilə bəyanat yayıb.

Missiya.Az
xəbər verir ki, bu barədə nazirliyin saytında məlumat yazılıb.

"İki dövlət, bir millət" anlayışı ilə bir və bərabər olduğumuz azərbaycanlı qardaşlarımızın 20 Sentyabr - Suverenlik Gününü bir daha təbrik edir, qəhrəman Azərbaycan Ordusunun işğal altındakı öz torpaqlarını azad etmək məqsədilə başlatdığı və 44 gün davam edən Vətən müharibəsinin dördüncü ildönümü, eləcə də 27 Sentyabr - Şəhidləri Anma Günü münasibətilə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün təmin edilməsi uğrunda canını fəda edən bütün şəhidlərimizi rəhmət və minnətlə, qəhrəman qazilərimizi şükran və hörmətlə yad edirik", - Nazirliyin sözçüsü Zeki Aktürk məlumatda qeyd edib.


Zərintac Mayisqızı
Missiya.Az




  • Dünən, 16:58