AZ   |   RU
Putin Sakit Okean Dəmiryolunun işə salınma vaxtını açıqlayıb

 

Sakit okean dəmir yolu 2025-ci ildə istifadəyə veriləcək. 

Missiya.Az “Lenta.ru”ya istinadən xəbər verir ki , bunu “Rusiya enerji həftəsi” beynəlxalq forumunun plenar iclasında çıxış edən Rusiya prezidenti Vladimir Putin deyib.

O bildirib ki, Sakit Okean Dəmiryolu Yakutiyadakı Elginskoye yatağından Xabarovsk diyarındakı Elqa limanına qədər olan xüsusi bir xəttdir.

Tikinti işlərini “Elgaugol” şirkəti həyata keçirir. Xətt kömür yatağı ilə Oxot dənizinin sahilindəki terminalı birləşdirəcək.

Qeyd edək ki, dəmir yolunun tikintisinə 2022-ci ildə başlanılıb, əvvəllər 2024-cü ilin sonunadək başa çatdırılması planlaşdırılırdı.


Leyla SƏMƏNDƏR
Missiya.Az




  • Dünən, 16:36