AZ   |   RU
“Heç bir terrorçu Mehmetçikin dağıdıcı gücü altında əzilməkdən qaça bilməyəcək” - Yaşar Gülər

"Qonşumuz İraqla son vaxtlar əhəmiyyətli dərəcədə inkişaf edən əlaqələrimizi çox vacib hesab edirik və bu sahədə konkret əməkdaşlığı əks etdirməyə başlayırıq”.


Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli  müdafiə naziri Yaşar Gülər deyib.


O, bildirib ki, heç bir terrorçu Mehmetçikin dağıdıcı gücü altında əzilməkdən qaça bilməyəcək.


"Əgər biz bu tədbirləri görməsəydik, terror təşkilatının sərhədlərimizə hücumları davam edərdi və bugünkü sülh və təhlükəsizlik mühiti əldə olunmazdı”, - deyə siyasətçi vurğulayıb.


Qeyd edək ki, Türkiyə ordusu Suriya və İraqın şimalında terrorçulara qarşı əməliyyatlarını fasiləsiz olaraq davam etdirir.



Daşqın Həsənov
Missiya.Az



  • Dünən, 16:28