AZ   |   RU
Putin Qərbin qlobal iqtisadiyyatda mövqeyini itirməsindən danışıb


“Müasir dünya əsaslı dəyişikliklər dövrünə qədəm qoyub”.

Missiya.Az “Lenta.ru”ya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Rusiya enerji həftəsi” beynəlxalq forumunun plenar iclasında çıxışı zamanı deyib.

O, qeyd edib ki, indiki dövrdə çoxqütblü inkişafın yeni modeli formalaşır. 

“XXI əsrdə dünya iqtisadiyyatında öz mövqeyini tədricən itirən Qərbdə deyil, ilk növbədə BRİCS məkanında cəmləşmiş ölkələrdə  qlobal artım dalğası başlayır. Birliyə üzv olmayan dövlətlər də milli maraqlar nəzərə alınmaqla bərabərhüquqlu qarşılıqlı fəaliyyət perspektivini görərək oraya can atırlar”, - deyə siyasətçi vurğulayıb.


Daşqın Həsənov
Missiya.Az



  • Dünən, 16:13