AZ   |   RU
Putin enerji sektorunda Qərbin sanksiyalarının səbəbini açıqlayıb

“Qərbin enerji sektorunda tətbiq etdiyi sanksiyaların səbəbi rəqabətdə üstünlük əldə edə bilməməsidir”.

Missiya.Az “Lenta.ru”ya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Rusiya enerji həftəsi” beynəlxalq forumunun plenar iclasında çıxışı zamanı deyib. 

O, qlobal enerji bazarının infrastrukturunun əsas elementlərinin məhz Qərb dövlətlərinin əlində olduğunu unutmamağa çağırıb. 

Putinin sözlərinə görə, Qərb arzuolunmaz ölkələri bu alətlərə çıxışdan məhrum etməklə, onları bazardan çıxarmağa məcbur edəcəyinə ümid edirdi. Lakin sonda bu, yalnız alternativ həll yollarının axtarışını sürətləndirdi.


Daşqın Həsənov
Missiya.Az



  • Dünən, 16:08