AZ   |   RU
Mirzoyan Nyu-Yorkda Fransa XİN rəhbəri ilə görüşüb

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Nyu-Yorkda fransalı həmkarı Jan-Noel Barro ilə görüşüb.


Missiya.Az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.


Mirzoyan qeyd edib ki, Ermənistanla Fransa arasında münasibətlər yeni məzmunla inkişaf edir, biz strateji münasibətlərin qurulması istiqamətində irəliləyirik.


Məlumata görə, görüşdə Ermənistan və Fransa arasında əməkdaşlığın geniş spektrli məsələləri də müzakirə olunub.

 


Daşqın Həsənov
Missiya.Az



  • Dünən, 15:53