AZ   |   RU
Pakistanda tayfalar arasında münaqişə - ən azı 25 nəfər ölüb


Pakistanın Hayber - Paxtunxva əyalətində 20 sentyabrda başlayan və şiə-sünni qəbilələri arasında yaşanan münaqişədə ən azı 25 nəfər ölüb.

Missiya.Az
"STAR"a istinadən xəbər verir ki, bu barədə həmin əyalətin sözçüsü Saif Əli mediaya açıqlama yayıb.

Saif Əli onlarla şəxsin yaralandığını da bildirib.

Xatırladaq ki, 20 sentyabrda Hayber - Paxtunxvanın Kürram rayonunda mübahisəli ərazi üztündə inşa edilən bina səbəbindən rəqib tayfalar silahlardan istifadə edərək münaqişəyə başlayıblar.


Zərintac Mayisqızı
Missiya.Az




  • Dünən, 11:33