AZ   |   RU
Azərbaycan XİN: İsrailin Livanla sərhədyanı ərazisinə səfər etməməyi tövsiyə edirik


Azərbaycanın Xarici İşlər Nazirliyi Livan və İsrail arasındakı gərginliklə əlaqədar vətəndaşları İsrailin Livan sərhədinə yaxın ərazilərinə səfər etməməyə çağırış edib.



Missiya.Az “Report”a istinadən xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin müraciətində bildirilib.


“Livan və İsrail arasında mövcud gərgin təhlükəsizlik vəziyyəti ilə əlaqədar Azərbaycan Respublikası Xarixi İşlər Nazirliyi tərəfindən müvafiq olaraq 3 və 5 avqust 2024-cü il tarixlərində edilmiş səyahət xəbərdarlıqlarına ciddi şəkildə riayət etməyin vacib olduğunu diqqətə çatdırırıq.


Bununla yanaşı, İsrail ərazisində xüsusi vəziyyət elan edilməsi ilə əlaqədar, vətəndaşlarımıza İsrailin Livan sərhədinə yaxın ərazilərə səfər etməməyi və yerli qurumların verdiyi təhlükəsizlik təlimatlarına uyğun davranmağı tövsiyə edirik”, – XİN-in mətbuat xidməti qeyd edib.


Əlaqə vasitələri:


Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyi


telaviv@mission.mfa.gov.az

+972 50 356 95 82


Azərbaycan Respublikasının Livan Respublikasındakı Səfirliyi


beirut@mission.mfa.gov.az

+961 4 922 066.



  • 25-09-2024, 22:10