AZ   |   RU
İran XİN Pezeşkiyanın İsraillə gərginliyi azaltmağa hazır olmasına dair fikirləri təkzib edib


İranın xarici işlər naziri Abbas Əraqçı bu ölkənin prezidenti Məsud Pezeşkiyanın İsraillə münasibətlərdə gərginliyi azaltmağa hazır olması fikirləri ilə bağlı “Bloomberg”in yaydığı xəbəri təkzib edib.

Missiya.Az xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.

“Prezident Məsud Pezeşkian heç vaxt belə bəyanatlar verməyib... ABŞ mediasının bəzi rəhbərləri ilə görüşdə o, “sionist rejimin” Qəzzada törətdiyi cinayətləri və Livana hücumunu qətiyyətlə pisləyib. İran hökuməti İsrailin Livana son hücumunu cavabsız qoymayacaq və Livanı dəstəkləyəcək" - A. Əraqçı əlavə edib.


Zərintac Mayisqızı
Missiya.Az




  • 25-09-2024, 14:25