AZ   |   RU
Bu ölkələr “Taliban”a qarşı iddia qaldıra bilər


Almaniya, Avstraliya, Kanada və Niderland Əfqanıstanda qadınlara qarşı ayrı-seçkiliyə görə Taliban hökumətinə qarşı BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində iddia qaldıra bilər.

Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın "Zeit" qəzeti məlumat yayıb.

Bildirilib ki, Almaniya  başda olmaqla bir neçə Avropa dövləti  “Taliban”dan BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyasına uyğun olaraq götürdüyü öhdəlikləri yerinə yetirməyi tələb edib.

“Almaniyanın xarici işlər naziri Annalena Berbok Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Avstraliya, Kanada və Niderlanddan olan həmkarları ilə bu mövzuda məsləhətləşmələr aparmaq niyyətindədir. Müəyyən müddət ərzində heç bir addım atılmayacağı halda BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə müraciət oluna bilər”, - deyə nəşr əlavə edib.


Zərintac Mayisqızı
Missiya.Az




  • 25-09-2024, 12:45