AZ   |   RU
İcra başçısının piyadanı vurması xəbəri yalandır - AÇIQLAMA

Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun avtomobillə adam vurması ilə bağlı mediada yayılan məlumata rəsmi reaksiya verilib.

Missiya.Az xəbər verir ki, Neftçala RİH-dən “Qafqazinfo”ya qeyd olunanların həqiqəti əks etdirmədiyi bildirilib: “Ümumiyyətlə, belə bir hadisə baş verməyib və kökündən yanlışdır”.

İcra hakimiyyəti mətbuat nümayəndələrini dəqiqləşdirməmiş məlumatları yaymamağa çağırıb: “Bu cür qərəzli informasiyaları dərc etmək qanun qarşısında məsuliyyət yaradır və həmin kütləvi informasiya vasitələri haqqında hüquqauyğun tədbirlər görüləcək”.


  • 25-10-2021, 11:30