AZ   |   RU
Buğda qiymətləri sabitləşməyə başlayıb - Əhməd Gürdal


Dünyada buğda qiymətləri sabitləşməyə başlayıb.

Missiya.Az 
xəbər verir ki, bunu Türkiyənin Taxıl Şurasının baş direktoru Əhməd Gürdal Bakıda keçirilən "İqlim dəyişikliyi fonunda dayanıqlı ərzaq təhlükəsizliyi" mövzusunda konfransda deyib.

Onun sözlərinə görə, dünyada qida təhlükəsizliyi sahəsində hər gün yeni problemlə qarşılaşmaq mümkündür.

“2020-ci ildə quraqlıq, sonra koronavirus pandemiyasının yayılması, ardınca Rusiya-Ukrayna müharibəsi qida sektorunu, xüsusilə taxıl istehsalını dəyişkən bir mərhələyə keçirib. Əgər 2 il əvvəl buğdanın 1 tonunun qiyməti 200 ABŞ dolları idisə, bu gün 400 ABŞ dollarından çoxdur. Lakin son vaxtlar qiymətlər sabitləşməyə başlayıb”. Ə. Gürdal Qeyd edib ki, dünyada buğda ilə bağlı çətinliklər yarananda əksər ölkələr təhlükəsizliklərini düşünərək lazımi tədbirlər görüblər: “Biz də tədarükümüzü etdik. Quraqlıq illərindən sonra son 2 ildə kənd təsərrüfatı məhsullarında məhsuldarlıq müşahidə edilir. Hazırda bərəkətli bir dövrdür. Bu dövrdə tədarüklə bağlı tədbirlər görməliyik", - Ə. Gürdal əlavə edib.


Zərintac Mayisqızı
Missiya.Az




  • 24-09-2024, 17:41