AZ   |   RU
Xərçəngdən əziyyət çəkən aktrisa ikinci dəfə ana olub


Tanınmış amerikalı aktrisa Olivia Mann ikinci övladı olduğunu açıqlayıb.

Missiya.Az
xəbər verir ki, bu barədə ulduz sosial media hesabında yazıb. O, qızının surroqat anadan (bətnində uşaq daşıyan qadın) dünyaya gəldiyini bildirib.

Olivia komediya ustası Con Mulani ilə ailəlidir. Onların 1 oğlu da var. Aktrisa döş xərçəngindən əziyyət çəkir. O "Scarecrow Gone Wild", "National Lampoon's Strip Poker", "Big Stan" və s. filmlərə çəkilib.




Zərintac Mayisqızı
Missiya.Az




  • 23-09-2024, 16:23