AZ   |   RU
Tbilisi meri Aİ-nin vizasız rejimin ləğvinə dair təhdidini şantaj adlandırdı


Avropa İttifaqının (Aİ) Gürcüstan üçün vizasız rejimi ləğv etməklə hədələmələri sadəcə olaraq şantajdır.

Missiya.Az "Sputnik Gürcüstan"a istinadən xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze bildirib.

Onun sözlərinə görə, Respublikada parlament seçkiləri yaxınlaşdıqca vizanın liberallaşdırılmasının ləğvi ilə bağlı bəyanatlar daha da aktivləşəcək. O qeyd edib ki, vizasız rejimi ləğv etmək bürokratik baxımdan çox çətindir.

Bundan əvvəl Aİ Gürcüstanı “demokratiyanın tənəzzülü” səbəbindən vizasız rejimin ləğvi ilə hədələmişdi. Avropa Komissiyasının nümayəndəsinin sözlərinə görə, respublikanın hakimiyyət orqanları Aİ-yə gələcək inteqrasiya üçün müəyyən tələbləri, o cümlədən vətəndaşların hüquqlarının müdafiəsini təmin etməli və ayrı-seçkiliklə mübarizə aparmalıdır.

Zərintac Mayisqızı
Missiya.Az




  • 23-09-2024, 15:04