Türk Ağsaqqalları Birliyinin funksioneri Elnur Eltürk Milli Məclisdə Yeni Azərbaycan Partiyasını təmsil edən millət vəkili Ramil Həsənlə görüşüb. Missiya.Az xəbər verir ki, Elnur Eltürk görüş zamanı Türk Ağsaqqalları Birliyinin yaradılmasının zəruriliyindən, təşkilatın məqsəd və məramlarından, eləcə də qarşıdakı planlardan söz açıb.
Millət vəkili Ramil Həsən isə öz növbəsində Türk Ağsaqqalları Birliyinin türkdilli ölkələr arasında inteqrasiyanın sürətləndirilməsi işinə töhvə verəcəyinə və bu ölkələrlə birgə layihələrin təşkil olunmasında yaxından iştirak edəcəyinə əminliyini ifadə edib.
Ramil Həsən Türk Ağsaqqalları Birliyinin perspektivlərinə inandığını və Təşkilatın işinə dəstək verməyə hazır olduğunu bildirib.
Görüşdə türk dünyası ilə bağlı aktuallıq kəsb edən bir sıra digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Türk Ağsaqqalları Birliyinin nümayəndələri ölkənin tanınmış alimləri, elm adamları və siyasətçiləri ilə görüşləri davam etdirir. Missiya.Az