AZ   |   RU
Aktyor Azər Aydəmir Arzu Əliyeva ilə fotosunu yayımlayıb


Aktyor Azər Aydəmir Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva ilə fotosunu paylaşıb.

Missiya.Az 
xəbər verir ki, aktyor A.Əliyevanın "Borc" filminin çəkiliş meydançasına gəlməsindən bəhs edib.

"Artıq bir neçə həftədir ki, Bakıda və Hadrutda rejissor Orman Əliyevin "Borc" filminin çəkilişləri başlayıb. Bu filmin 44 günlük Vətən müharibəsi haqqında çəkilən xüsusi yanaşmalı bir film olacağı şübhəsizdir. Çəkiliş meydançasına filmin baş prodüseri Arzu Əliyeva gəlmişdi. Bu da filmə xüsusi diqqətin olmasının göstəricisidir. Mən də rollardan birinin ifaçısı kimi filmoqrafiyamı sevənləri məyus etməyəcəyimə inanıram", - deyə A. Aydəmir fotonun altında yazıb.


Zərintac Mayisqızı
Missiya.Az




  • Dünən, 16:50