AZ   |   RU
İran Rusiya ilə strateji tərəfdaşlıq sazişi imzalayacaq

İran prezidenti Məsud Pezeşkian Rusiyaya rəsmi səfəri zamanı Moskva ilə strateji tərəfdaşlıq sazişi imzalayacaq. 


Missiya.Az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.


Qeyd edək ki, Pezeşkian oktyabrda Kazanda keçiriləcək BRİCS sammitində iştirak edəcəyini açıqlayıb.


Xatırladaq ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ötən gün Tehrana səfər edib və bir sıra rəsmi şəxslərlə görüş keçirib.



Daşqın Həsənov
Missiya.Az



  • Dünən, 16:13