"Rusiya şirkətləri Qarabağ münaqişəsindən sonra bölgədə görülən bərpa işlərində iştirak etməyə hazırdır. Belə ki, ölkənin bir qrup şirkəti noyabrın 17-18-də Azərbaycana səfər etmək niyyətindədir".
Missiya.Az report-a istinadən xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib.
İkitərəfli əməkdaşlığa misal olaraq Cəbrayıl rayonunda Rusiyanın “KamAZ” müəssisəsi və Gəncə Avtomobil Zavodunun birgə servis mərkəzinin təməlqoyma mərasimi keçirilməsini göstərən rusiyalı rəsmi Azərbaycanda işgüzar fəaliyyəti genişlətməkdə maraqlı olduqlarını diqqətə çatdırıb.