AZ   |   RU
Qəzzada ölənlərin sayı i 41 min 272-yə yüksəlib

 

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı 41 min 272-yə yüksəlib. 

Missiya.Az xəbər verir ki, bu barədə Qəzzada Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saat ərzində həyata keçirilən hücumlarda 20 fələstinli həyatını itirib, 54 fələstinli isə yaralanıb.

İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda yaralıların sayının isə 95 min 551-ə yüksəlib.

Bəyanatda həmçinin dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi vurğulanıb.


Leyla SƏMƏNDƏR
Missiya.Az

 




  • Dünən, 15:37