AZ   |   RU
İranlı qaçqınların Almaniyadan deportasiyası halları kəskin artıb

 

Aprelin 10-da Avropa İttifaqında miqrasiya və qaçqınlarla bağlı müqavilənin təsdiqlənməsindən sonra iranlı qaçqınların xüsusilə Almaniyadan deportasiyası prosesi sürətləndirilib.

Missiya.Az xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.

Məlumata görə, sığınacaq almaq üçün inandırıcı səbəblər göstərə bilməyən iranlıların Almaniyadan qovulması prosesi gücləndirilib.

Bir sıra insan haqları təşkilatları son vaxtlar İranın təhülkəsizlik orqanlarına bağlı şəxslərin də qaçqın adı altında Avropaya göndərilməsinə diqqət çəkiblər.

“Peru Azul” Qaçqınlara Dəstək Təşkilatı iranlılara sığınacaq verilməməsini tənqid edib.

Bildirilib ki, özbaşına həbslərə, işgəncələrə və edamlara baxmayaraq, Almaniyadakı iranlıların müraciətləri rədd edilir.


Leyla SƏMƏNDƏR
Missiya.Az




  • Dünən, 15:29