AZ   |   RU
“Paşinyan üçtərəfli bəyanatın müddəalarını yaxşı xatırlamır” - Erməni jurnalist

“Ermənistanın baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 9-da Azərbaycan prezidenti İlham Əliyev və Rusiya dövlət başçısı Vladimir Putinlə imzaladığı üçtərəfli bəyanatın mühüm təfərrüatlarını unutması ağlasığmazdır. Daha da inanılmazı odur ki, Paşinyan 2020-ci il müqaviləsinin bəzi müddəalarını təhrif edərkən, digərlərini onu yanlış təqdim etməkdə ittiham edir”.


Missiya.Az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, bu sözləri “The California Courier” qəzetinin redaktoru Harut Sasunyan deyib.


Onun sözlərinə görə, Paşinyan 2020-ci ildə imzaladığı müqavilənin 9-cu bəndinə məhəl qoymur: 


“Üstəlik, Paşinyan səhvən iddia edir ki, 9 noyabr 2020-ci il tarixli müqavilədə Rusiyanın Zəngəzur yolu ilə bağlı hər hansı rolu qeyd olunmur. O, hamını 2020-ci il müqaviləsinin mətnini oxumağa çağırır, sonra onun 9-cu bəndindən sitat gətirir, Rusiya sərhədçilərinin Azərbaycanla Naxçıvan arasındakı quru yoluna nəzarət edəcəyini bildirən cümləni buraxır. Çaşqınlığı daha da artıraraq, Rusiyanın bu yolda heç bir rolu olmadığını israr edən Paşinyan, Moskvanın yola “nəzarət” yox, “nəzarət etməli” olduğunu bəyan etməklə bir daha özünü təkzib edir”, - deyə jurnalist vurğulayıb.


Sasunyan qeyd edib ki, əgər Paşinyan Zəngəzur dəhlizinin 9 noyabr bəyanatına daxil edilməsini təklif etməsəydi, bu qarışıq vəziyyətdən qaçmaq olardı.: "Paşinyan öz səriştəsizliyi ucbatından Ermənistanın problemlərini həll etmək əvəzinə daha da dərinləşdirdi".



Daşqın Həsənov
Missiya.Az





  • 18-09-2024, 12:09