AZ   |   RU
Orqanizmdə manqanın əhəmiyyəti bunlardır - Rusiyalı mütəxəssis


"Manqan sağlamlığın qorunmasında əsas rol oynayan mikroelementlərdən biridir, maddələr mübadiləsi, sümük inkişafı və sinir sisteminin fəaliyyəti üçün vacibdir".

Missiya.Az 
xəbər verir ki, bu sözləri Rusiyada "Gemotest" laboratoriyasının ekspert həkimi Roman İvanov “İzvestiya”ya açıqlamasında deyib.

“Manqan karbohidratlar, amin turşuları və xolesterol mübadiləsində iştirak edən fermentlərin normal fəaliyyəti üçün lazımdır, həmçinin hüceyrələri sərbəst radikallar tərəfindən məhv olmaqdan qoruyur, zülalların sintezində və qidanın enerjiyə çevrilməsində mühüm rol oynayır. Sümük toxumasının mineralizasiyasında, kollagen sintezində iştirak edir. Sümükləri gücləndirməyə və oynaqların hərəkətliliyini qorumağa yardımçı olur. Bu mikroelement sinir impulslarının ötürülməsini və dopamin və serotonin kimi neyrotransmitterlərin sintezini tənzimləyir, əhval-ruhiyyəyə və koqnitiv funksiyalara təsir göstərir”, - həkim vurğulayıb.

O, orqanizmin öz-özünə manqan istehsal edə bilmədiyi üçün onu kənardan - qida və ya əlavələrlə əldə edilməli olduğumuza na diqqət çəkib: "Əsas mənbələri bitki mənşəli məhsullardır: dənli bitkilər, qoz-fındıq, paxlalılar, yaşıl yarpaqlı tərəvəzlər, çay. İçməli suda da müəyyən miqdarda manqan olur".

Mütəxəssis əlavə edib ki, sözügedən kimyəvi element qədərində olmalıdır. Nə çox, nə də azlıq təşkil etməməlidir.

Zərintac Mayisqızı
 Missiya.Az




  • 18-09-2024, 10:32