AZ   |   RU
Ağ Ev: Biz İranı sözləri ilə deyil, əməlləri ilə mühakimə edəcəyik

 

Ağ Ev bəyan edib ki, nüvə danışıqlarında İranın  sözləri deyil, hərəkətləri nəzərə alınacaq.

Missiya.Az xəbər verir ki, Ağ Evin sözçüsü Karine Jean-Pierre gündəlik mətbuat konfransında ABŞ-nin  İranla nüvə danışıqları mövzusunda gələcək mövqeyi ilə bağlı açıqlama verib.

"Biz gördük ki, İranın nüvə proqramına gəldikdə effektiv, uzunmüddətli həllə nail olmağın ən yaxşı yolu diplomatiyadır. Bu, son 3-5 ildir ardıcıl tutarlı olduğumuz bir şeydir",-deyə o qeyd edib.

Sözçü ABŞ-nin İranın nüvə fəaliyyətlərinə münasibətində həmişə aydın olduğunu bildirib və deyib:

"Dünyadakı münasibətlərimizdən danışarkən  diplomatik danışıqların aparılmasının çox vacib olduğuna inanırıq. Amma biz hazırda ondan çox uzaqdayıq və buna görə də İranı sözlərinə görə yox, hərəkətlərinə görə mühakimə edəcəyik”.


Leyla SƏMƏNDƏR
Missiya.Az

 




  • 18-09-2024, 09:57