AZ   |   RU   |   Köhnə versiya

Dövlət Sərhəd Xidməti məhkəməyə verildi



Azərbaycanda Sərhəd Təhlükəsizlik Sistemləri və Aviasiya Təhlükəsizliyi xidməti göstərən şirkət Dövlət Sərhəd Xidmətini məhkəməyə verib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, “Palladium Defense and Security Solutions” MMC bununla bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edərək iddia qaldırıb.
Şirkət göstərilən xidmətlə bağlı imzalanan müqavilədə DSX-nin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini tələb edib.
Hazırda işə Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın sədrliyi ilə baxılır.
Yanvarın 29-da hazırlıq iclası keçirilib, baxış iclası martın 1-nə təyin edilib.


Baxış sayı: 38
  • 31-01-2021, 02:53