AZ   |   RU
Avropa çempionatı: Daha iki cüdoçumuz finala vəsiqə qazanıb


Azərbaycanın daha iki gənc cüdoçusu Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.

Missiya.Az 
xəbər verir ki, onlar Vüsal Qələndərzadə (73 kq) və Süleyman Şükürovdur (81 kq).

Ötən gün Könül Əliyeva (48 kq) və Fidan Əlizadə (57 kq) turnirdə qızıl medal əldə ediblər. Nizami İmranov (60 kq) gümüş mükafatla kifayətlənib. Yarış sentyabrın 8-də başa çatacaq.




  • 6-09-2024, 16:02