AZ   |   RU
"Beşiktaş"ın yeni transferi məlum olub


Türkiyənin "Beşiktaş" klubu heyətinə yeni futbolçu əlavə edib.

Missiya.Az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Son olaraq Almaniyanın “Auqsburq” komandasında çıxış edən Feliks Uduokhai transfer edilib. Almaniya vətəndaşı olan 26 yaşlı müdafiəçi 2024/2025 mövsümünün sonunadək icarəyə götürülüb. "Ağ-qaralar" mövsümün sonunda oyunçunu almaq hüququna malikdir.

Feliks Uduokhai 2020-ci ildən Bundesliqa klubunun formasını geyinib.


Zərintac Mayisqızı
Missiya.Az



  • 27-08-2024, 12:52