Rusiya hakimiyyəti və Qarabağdakı qondarma rejimin “rəhbərliyi” sülhməramlıların nəzarəti altında olan ərazilərdən ermənilərin sürətlə köç etməsindən narahatdırlar.
Missiya.Az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri məlumat yayıb.
Nəşrin iddiasına görə, bir müddət sonra Qarabağın sülhməramlıların nəzarəti altında olan ərazilərində insanların yaşamadığı bölgələri qorumağa ehtiyac olmayacaq. Bu səbəbdən Azərbaycan ordusu həmin bölgələrə nəzarəti asanlıqla ələ alacaq. Müəllif qeyd edib ki, Azərbaycan əhalisi sürətlə çoxalır və bu Qarabağdakı ermənilərin maraqlarına uyğun deyil.Qeyd edək ki, 44 günlük Vətən Müharibəsi zamanı Azərbaycanın Qarabağı azad etməsi nəticəsində minlərlə erməni bölgəni tərk edib. Qarabağdan qaçan ermənilərin bir hissəsi İrəvanda, digər hissəsi isə Azərbaycanla sərhəd bölgələrdə yerləşdirilib. Azərbaycan tərəfinin məlumatına görə, hazırda Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərində 25 min erməni yaşayır.
Rusiya sülhməramlıları hər vəclə Qarabağda yaşayan ermənilərin bölgədə saxlamaq istəyir. Amma su, işiq, qaz və ev problemindən əziyyət çəkən ermənilərə müxtəlif yollarla Qarabağı tərk etməyə çalışır. Bu isə Rusiya sülhməramlılarının və Qarabağdakı qondarma rejimin maraqlarına uyğun gəlmir. Çünki əhali azaldıqca, rus sülhməramlılara və qondarma rejimin mövcudluğuna ehtiyac qalmayacaq. Ona görə də Rusiya sülhməramlıları Qarabağda yaşayan ermənilərin bütün sosial problemlərini həll etməyə, onları yeni mənzillərlə təmin etməyə çalışır ki, bölgədəki mövcudluğunun müddətini uzatsın. Elvin
Missiya.Az