AZ   |   RU
Nigar Camalın qızı Londonda universitetə qəbul olub

 

"Bu gün çox sevincliyəm. Çünki mənim böyük qızım Jasmin İngiltərənin ən nüfuzlu universitetlərindən biri olan "City University of London"a qəbul olub.

Missiya.Az
xəbər verir ki, bunu müğənni Nigar Camal sosial media hesabında yazıb.

“O, İqtisadiyyat fakültəsində təhsil alacaq. Çox şadam ki, qızım ümidlərimi doğrultdu. Buranın məzunları arasında çox məşhur biznesmenlər, akademiklər var. İnşallah sən də onlardan biri olarsan! Səninlə fəxr edirəm, anasının balası! Arzum səni həmişə xoşbəxt və çox gözəl yerlərdə görməkdir!",-deyə sənətçi qeyd edib.

Leyla SƏMƏNDƏR
Missiya.Az

 




  • 15-08-2024, 15:57