AZ   |   RU
Roma Papası Ərdoğana təşəkkür edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ilə telefon danışığı aparıb. 


Missiya.Az “STAR”a istinadən xəbər verir ki, Türkiyə lideri Paris Olimpiya Oyunlarının açılışının bir hissəsində nümayiş etdirilən əxlaqsız nümayişlərin hiddət və reaksiyalara səbəb olduğunu bəyan edib.


Ərdoğan ifadə azadlığı və tolerantlıq pərdəsi altında insan ləyaqətinin tapdalandığını, dini və əxlaqi dəyərlərin ələ salındığını, bunun xristian dünyası qədər müsəlmanları da incitdiyini və bunun belə olduğuna inandığını bildirib. 


“Birlikdə səsimizi ucaltmalı və bunlara qarşı ortaq mövqe nümayiş etdirməliyik”, - deyə siyasətçi vurğulayıb.


Ərdoğan həmçinin İsrailin Qəzzaya hücumlarının soyqırıma çevrildiyini, ciddi humanitar böhranın yaşandığını, İsrailin bəzi dövlətlərin ona verdiyi diplomatik, iqtisadi və hərbi çətir altında qətliamlar həyata keçirdiyini qeyd edib.


Məlumata görə, Papa Fransisk Türkiyə liderinə sülh naminə göstərdiyi səylərə və dini dəyərlərin tənəzzülünə qarşı həssaslığına görə təşəkkür edib.

 


Daşqın Həsənov
Missiya.Az



  • 1-08-2024, 16:20