AZ   |   RU
Ermənistanın Baş Qərargah rəisi britaniyalı həmkarı ilə görüşüb

Ermənistanın Baş Qərargah rəisi Edvard Asryan Londonda Böyük Britaniya Ordusunun Baş Qərargah rəisi general Roland Uoker ilə görüşüb.


Missiya.Az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, görüş Londonda keçirilən illik Quru Müharibəsi Konfransı çərçivəsində baş tutub.


Bildirilir ki, tərəflər iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın əhatə dairəsini və onun gələcək inkişafını müzakirə edib.

 


Daşqın Həsənov
Missiya.Az



  • 1-08-2024, 13:58