AZ   |   RU
İsrail HƏMAS-ın daha bir liderini öldürdü

İsrail ordusu HƏMAS-ın hərbi qanadı Qəssam Briqadalarının ən tanınmış komandirlərindən biri olan Məhəmməd Deyfin bu ay Qəzzaya endirdiyi hava hücumunda şəhid olduğunu təsdiqləyib.


Missiya.Az “STAR”a istinadən xəbər verir ki, məsələ ilə bağlı HƏMAS-dan heç bir açıqlama verilməyib.


Qeyd edək ki, İsrail bu yaxınlarda Xan Yunisdəki El Mevasi bölgəsinə hücum etdi və ən azı 90 nəfər həyatını itirdi. İsrail ordusu həmin gün hücumda Məhəmməd Deyfin hədəf alındığını açıqlayıb.



Daşqın Həsənov
Missiya.Az



  • 1-08-2024, 13:02