AZ   |   RU
İsrail İranın hərbi məsləhətçisini öldürüb

“İyulun 30-da İsrailin Beyruta endirdiyi hava hücumu nəticəsində İranın Livandakı hərbi məsləhətçisi Milad Beydi həlak olub”.


Missiya.Az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-leytenant Hüseyn Səlami məlumat verib.


“Beyrutda terrorçuların hava hücumu nəticəsində həlak olan İranın Suriya və Livandakı hərbi müşaviri Milad Beydinin ailəsinə və yoldaşlarına başsağlığı verirəm”, - deyə o vurğulayıb.



Daşqın Həsənov
Missiya.Az



  • 1-08-2024, 12:47