AZ   |   RU
Ermənistan hərbi təlimlərə başlayır

Sentyabrın 15-dən dekabrın 15-dək Ermənistanda ehtiyatda olan hərbçilərin növbəti təlim-məşq toplanışı keçiriləcək.


Missiya.Az “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin bu gün keçirilən iclasında qərar qəbul edilib.


“Ehtiyatda olan hərbçilər qrup halında çağırılacaq. Həmişə olduğu kimi, onların hər biri 25 təqvim günündən çox olmayan müddətə çağırılır”, - deyə vurğulanıb.

 


Daşqın Həsənov
Missiya.Az



  • 1-08-2024, 12:23