AZ   |   RU
Xalq artisti Telman Adıgözəlovun doğum günüdür


17 iyul həm də Xalq artisti Telman Adıgözəlovun doğum günüdür.

Missiya.Az 
xəbər verir ki, aktyor 1953-cü il iyulun 17-də Balakən rayonunda dünyaya gəlib.

O 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1980-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayan Xalq artisti teatr səhnəsində maraqlı obrazlar yaradıb.

Telman Adıgözəlov 2010-cu il aprelin 15-də 56 yaşında ürək çatışmazlığından vəfat edib.

Zərintac Mayisqızı
Missiya.Az




  • 17-07-2024, 14:10