
“ABŞ Ukrayna münaqişəsini Rusiya Federasiyası ilə NATO arasında müharibəyə çevirmək planlarını hazırlayır”.
Missiya.Az xəbər verir ki, bunu “Hürriyet” qəzetinin siyasi şərhçisi Abdulkadir Selvi deyib.
Onun sözlərinə görə, Vaşinqtonda keçirilən NATO sammitinin yekun bəyannaməsi ABŞ-nin üçüncü dünya müharibəsi də daxil olmaqla yeni müharibələrə başlamaq istəyini nümayiş etdirir.
“ABŞ Ukraynadakı münaqişəni genişləndirmək və onu NATO ilə Rusiya arasında müharibəyə çevirmək planlarını həyata keçirir”, - deyə siyasətçi vurğulayıb.
Selvi qeyd edib ki, Ukrayna münaqişəsinin iki uduzan tərəfi var: Rusiya və Ukrayna, yeganə qalib isə ABŞ-dir.
“Münaqişə sayəsində ABŞ Finlandiya və İsveç hesabına alyansın genişlənməsinə nail olub, Baltik dənizini NATO dənizinə, Rusiya qorxusu adı altında isə Avropanı öz baxçasına çevirib. Bundan əlavə Amerika hərbi sənayesini stimullaşdırdı və Çin hərbi təhdidi bəhanəsi ilə NATO-nun səylərini Asiya-Sakit Okean regionuna yönəltdi. Ona görə də NATO sammitində Ukraynada müharibənin davam etdirilməsi qərara alınıb”, - deyə siyasətçi əlavə edib.
Selvi bildirib ki, Birləşmiş Ştatlar iqtisadi cəhətdən zəiflədə bilmədiyi Çini müharibəyə cəlb etməklə onu tükəndirmək istəyir.
Daşqın Həsənov
Missiya.Az