
Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 11-də Pakistana növbəti səfərini belə adlandırsaq, heç də yanılmarıq. Həqiqətdə bu bir dostluq səfəridir, tarixi köklərdən qaynaqlanan dost, qardaş ölkəyə reallaşan səfər.
Azərbaycan Pakistan əlaqələrinin böyük tarixi var. Bu münasibətlər illərin dostluğunun bariz təcəssümündən irəli gəlir. Dünya düzənində hər iki ölkə daim bir-birini dəstəkləyir, bütüm platformalarda bir-birinin mənfeyini müdafiə edirlər.
Azərbaycan və Pakistan arasında çoxşaxəli münasibətlər mövcuddur. Hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Pakistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın ədalətli mövqeyini qətiyyətlə dəstəkləyən ölkədir. Eyni zamanda Azərbaycan da Kəşmir məsələsində hər zaman Pakistanın yanında mövqe tutur, bütün beynəlxalq tədbirlərdə Kəşmir məsələsində ədalətli mövqe nümayiş etdirir. Prezident İlham Əliyevin “Biz Azərbaycanın ərazi bütövlüyü məsələləri ilə bağlı Pakistana qətiyyətli mövqeyinə görə minnətdarıq. Pakistan Ermənistanı Azərbaycan torpaqlarını işğal etdiyinə görə tanımayan ölkədir. Bu, qardaşlığın əsl nümayişidir. Bütün hallarda Pakistan həmişə bizim yanımızdadır və mən buna görə minnətdaram” tarixi fikirləri Azərbaycanın mövqeyini tam əks etdirir.
Pakistan Azərbaycanın maraqlarına uyğun olaraq Ermənistanı bir dövlət kimi tanımır və həmin ölkə ilə heç bir diplomatik əlaqəsi yoxdur.
Bir sözlə, Pakistan Azərbaycanın yaxın dostu, strateji müttəfiqidir. Bir sıra sahələrdə, xüsusilə də hərbi əməkdaşlıq sahəsində Azərbaycan- Pakistan münasibətləri bu gün yüksələn xəttlə inkişaf edir. Qarşılıqlıə səfərlər, müxtəlif tədbirlər bu münasibətlərin inkişafında önəmli rol oynayır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 11-də Pakistana səfəri iki ölkə münasibətlərinin daha da inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Səfərin tarixi əhəmiyyəti barəsində Azərbaycan Prezidenti mətbuata verdiyi bəyanatında bir daha göstərdi.
“Bizim qardaşlığımız xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır”.
Bu gün Pakistan ilə Azərbaycan arasında qardaşlıq münasibətləri həmin bünövrəyə əsaslanır. Biz qardaşıq və dostuq. Biz hər işdə, istənilən beynəlxalq təsisat daxilində, hər beynəlxalq məsələdə bir-birimizi dəstəkləyirik. Məsələn, irəli sürdüyümüz təşəbbüsdə qardaşlarımız bizi dəstəkləyir və eyni dəstək qarşılıqlı olur”- bu fikirləri mətbuata verdiyi bəyanatında söyləyən İlham Əliyev dostluğumuzun əbədi və dönməz olduğunu bir daha bəyan etdi.

Valeh Əmrahov
Nizami rayon Gənclər və İdman sektorunun əməkdaşı