AZ   |   RU
“Gürcüstanın Avropa İttifaqına inteqrasiya prosesi dayandırılıb” - Aİ səfiri

“Gürcüstanın Avropa İttifaqına (Aİ) inteqrasiyası prosesi dayandırılıb”.


 Missiya.Az xəbər verir ki, bunu Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski deyib.


“Mövcud Gürcüstan hökumətinin niyyətləri Avropa İttifaqının liderləri üçün aydın deyil. Xarici təsirin şəffaflığı haqqında qanun açıq-aşkar geriyə addımdır. Təəssüf ki, hazırda Gürcüstanın Avropa İttifaqına qəbulu dayandırılıb”, - deyə siyasətçi vurğulayıb.


Qerçinski qeyd edib ki, Gürcüstana münasibətdə onun Aİ-nin növbəti geniş genişlənmə dalğasının bir hissəsi olub-olmayacağı hələ də bəlli deyil.


“Ümid edirəm ki, oktyabrda Gürcüstanda keçiriləcək seçkilərdən sonra yeni yaradılmış hökumət, nə olursa olsun, yenidən Avropa İttifaqına inteqrasiya istiqamətində ciddi işə başlayacaq, - deyı siyasətçi bildirib.

 


Daşqın Həsənov
Missiya.Az



  • 9-07-2024, 11:33