AZ   |   RU
“Türkiyə NATO-nun onurğa sütunu olan ölkələrdən biridir” - Ərdoğan

“NATO sammitində dünyada artan terror təhlükəsinə diqqət çəkəcəyik. Biz NATO-nun müharibə tərəfinə çevrilməməsi və ədalətli sülhün təmin edilməsi istiqamətində prinsipial mövqeyimizi davam etdiririk”.


Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ səfəri öncəsi hava limanında keçirilən mətbuat konfransı zamanı deyib.


O, bildirib ki, biz əvvəldən Rusiya-Ukrayna müharibəsində daimi sülhə yol açmaq məsuliyyətini öz üzərimizə götürdük. 


“Türkiyə NATO-nun missiya və əməliyyatlarına ən çox töhfə verən ilk 5 müttəfiqdən biridir. Biz NATO-nun onurğa sütunu olan ölkələr sırasındayıq. NATO üzvü olan bütün ölkələr Türkiyəyə belə baxır. Bundan sonra biz bu gücü artırmağa davam etmək istəyirik”, - deyə siyasətçi vurğulayıb.



Daşqın Həsənov
Missiya.Az



  • 9-07-2024, 10:59