AZ   |   RU
Astara sakini özünü güllələdi


Astarada dəhşətli intihar hadisəsi baş verib. 

Missiya.Az Lent.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Pensər kəndində qeydə alınıb. 

Kənd sakini, 1973-cü il təvəllüdlü Hikmət Paşa oğlu Əliyev yaşadığı evdə ov tüfəngi ilə ürəyinə atəş açaraq özünü öldürüb.

İntiharın səbəbləri məlum deyil. 

Faktla bağlı Astara rayon Prokurorluğunda araşdırma aparılır. 




  • 5-07-2024, 11:51