AZ   |   RU
"Ermənistanın yeni konstitusiyaya ehtiyacı var"- Paşinyan
 
Ermənistanın yeni konstitusiyaya ehtiyacı var.

Missiya.Az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Konstitusiya Günü münasibətilə xalqa müraciətində deyib.


Onun sözlərinə görə, konstitusiya ölkədə həyat qaydaları, hüquq və vəzifələr haqqında vətəndaşların kollektiv müqaviləsidir.


Baş nazir qeyd edib ki, əsas problem təkcə konstitusiyada yazılanlarla deyil, həm də onun qəbul edilməsindədir. 


"Bizə xalqla - onun yaradıcısı ilə üzvi şəkildə bağlı olacaq yeni Konstitusiya lazımdır", - Paşinyan bildirib.


Leyla SƏMƏNDƏR
Missiya.Az




  • 5-07-2024, 10:03