AZ   |   RU

Vüqar Səfərli ilə birgə həbs edilən şəxs müalicə müəssisəsinə köçürülüb


Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərlinin cinayət işi üzrə keçirilməli olan məhkəmə prosesi təxirə salınıb.

Missiya.Az xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasa iş üzrə təqsirləndirilən şəxslərdən həbsdə olan Nadir Məmmədovun gətirilməsi mümkün olunmayıb.

Məhkəməyə daxil olan məlumata görə, onun səhhətində problem olduğu üçün Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə köçürülüb. Proses qeyri-müəyyən günə qədər təxirə salınıb.
 
Qeyd edək ki, Vüqar Səfərlinin Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov və digər 7 nəfər şəxslə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət satınalmalarına dair qanunvericiliyin tələblərinin pozulması, dövlət vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi, tikinti normalarına əməl olunmamaqla iş həcmləri və qiymətlərinin şişirdilməsi yolu ilə dövlətə məxsus ümumilikdə 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimsəmə və israf etmə yolu ilə talanmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədilməsinə, habelə cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb.


Baxış sayı: 85
  • 2-10-2021, 10:03