AZ   |   RU
Azərbaycan səfiri və Pakistanın özəlləşdirmə naziri Mərkəzi Asiya ilə ticarəti müzakirə edib


Azərbaycanın İslamabaddakı səfiri Xəzər Fərhadov Pakistanın özəlləşdirmə naziri Əbdül Alim Xanla bu ölkənin Mərkəzi Asiya ilə ticari və işgüzar fəallığını müzakirə edib.


Missiya.Az xəbər verir ki, bu barədə Azərbaycanın Pakistandakı səfirliyinin 


mətbuat xidməti, habelə "Associated Press of Pakistan" nəşri məlumat yayıb.

"Azərbaycanın Pakistandakı səfiri Zati-aliləri cənab Xəzər Fərhadov Pakistanın özəlləşdirmə üzrə federal naziri Zati-aliləri cənab Əbdül Alim Xanla görüşüb", – diplomatik missiyanın məlumatında qeyd olunub.

Görüşün təfərrüatlarını paylaşan "Associated Press of Pakistan" nəşri isə tərəflərin Pakistanın Mərkəzi Asiya ilə ticarəti genişləndirmə imkanlarını müzakirə etdiyinə diqqət çəkib:

"Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadovla söhbət edən nazir deyib ki, Mərkəzi Asiya dövlətləri Çin-Pakistan İqtisadi Dəhlizi Layihəsinin benefisiarları ola bilərlər ki, bu da regionda iqtisadi fəallığı əhəmiyyətli dərəcədə artıracaq. Əbdül Alim Xan səfiri Mərkəzi Asiyaya son səfəri və Tacikistanın paytaxtı Düşənbədə keçirilmiş "Tyanşana yol" konfransında əldə olunmuş ticarət razılaşmaları barədə məlumatlandırıb".

Xəzər Fərhadov isə "ikitərəfli əməkdaşlığın təşviqi təklifinə görə nazirə minnətdarlığını bildirərək Pakistanda peşəkar təcrübənin müxtəlif bilik sahələrində böyük kadr potensialının olduğunu və atılan addımların müsbət qarşılanacağını" vurğulayıb.




  • 27-06-2024, 22:25