AZ   |   RU
Lənkəranda yaşayış yeri yararsız vəziyyətə düşən vətəndaş üçün müvəqqəti çadır qurulub


Lənkəranda yaşayış yeri yararsız vəziyyətə düşən vətəndaş üçün müvəqqəti çadır qurulub.



Bu barədə Missiya.Az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.


Lənkəran rayonu Girdəni kənd sakini Hüseynov Emin Balağa oğluna məxsus evi yararsız vəziyyətə düşdüyündən FHN-in Cənub Regional Mərkəzinin əməkdaşları tərəfindən Girdəni kənd sakini E.Hüseynov üçün müvəqqəti yaşayış məqsədilə çadır qurularaq vətəndaşa təhvil verilib.



  • 26-06-2024, 20:20