AZ   |   RU
İlham Əliyev komissiyanın tərkibində dəyişiklik etdi

“Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 13 may tarixli 1502 nömrəli Sərəncamında dəyişiklik edilib. 

Missiya.Az
xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. 

Sərəncama əsasən, Komissiyanın həmsədri Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf təyin olunub. 

Bundan başqa, Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri də komissiyanın tərkibinə daxil edilib.


  • 30-09-2021, 15:44