AZ   |   RU
Nizami rayonunda şəhid ailələri ziyarət olunur – Missiya Media Qrupu ilə YAP RT-nin birgə təşəbbüsü - FOTO

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və Missiya Media Qrupunun rəhbəri, Türk Ağsaqqalları Birliyinin (TAİB) İdarə Heyətinin sədri Ramin Əhmədov Nizami rayon sakini olmuş şəhid İsayev Toğrul Natiq oğlunun ailəsi ilə görüşüblər.

Görüş zamanı şəhid ailəsinin qayğıları ilə maraqlanılıb və gərəkli yardım göstərilib. Qeyd olunub ki, şahid ailəsi bundan sonra da YAP Nizami Rayon Təşkilatının və Missiya Media Qrupunun diqqətində olacaq, onlara daim dogma münasibət bəslənəcək. 

Şəhidin doğmaları onlara göstərilən diqqət və qayğıya görə müzəffər Ali Baş Komandan İlham Əliyevə, I Vitse-prezident Mehriban xanım Əliyevaya və YAP rəhbərliyinə təşəkkürlərini bildiriblər. 

Qeyd edək ki, şəhid İsayev Toğrul Natiq oğlu 1996-cı il dekabrın 25-də Füzuli rayonunda anadan olub. Toğrul İsayev 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun çavuşu olan Toğrul İsayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Toğrul İsayev sentyabrın 30-da Füzuli döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Toğrul İsayev ölümündən sonra "Vətən uğrunda" və Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.






  • 29-09-2021, 15:44