AZ   |   RU
Bakı metrosunda gündəlik sərnişin daşınmasının sayı 430 minə çatıb

“Bu ilin yay aylarında Bakı metrosunda gündəlik orta hesabla 399 160 sərnişin daşınıb. Halbuki, koronavirus (COVID-19) pandemiyasından əvvəl, 2019-cu ilin iyun-avqust aylarında bu rəqəm 562 892 nəfər olub”.

Missiya.Az xəbər verir ki, bunu açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

“Sentyabrın 6-dan isə bu rəqəmdə artıb-azalmalar müşahidə edilməyə başladı. Sentyabrın 22-də ibtidai siniflərdə dərslər başladıqdan sonra isə gündəlik orta sərnişindaşıma 430 min nəfərə çatdı. Metronun həftəsonları fəaliyyətinin bərpasından sonra monitorinqlərimizi davam etdirəcəyik. Ümid edirəm ki, bundan sonra sərnişin sayı daha da artacaq”, - deyə o, əlavə edib.


  • 29-09-2021, 15:24