AZ   |   RU
Azərbaycan və Qazaxıstanın hakim partiyaları əməkdaşlıq edəcəklər


Yeni Azərbaycan Partiyası (YAP) və Qazaxıstanın Amanat Partiyası arasında memorandum imzalanıb.

Missiya.Az Report-a istinadən xəbər verir ki, YAP Mərkəzi Aparatının inzibati binasında təşkil edilən imzalanma mərasimində YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və Amanat Partiyasının İcra katibi Daulet Kəribek Yerlan Kosanov iştirak ediblər.

İmzalanma mərasimindən sonra hakim partiyaların rəsmiləri bir-birinə milli hədiyyələr təqdim edib, Ulu Öndər Heydər Əliyevin büstü önündə xatirə fotosu çəkdiriblər.




  • 13-06-2024, 15:42