AZ   |   RU
Şəhid İbrahim Vəlizadənin doğum günüdür

  

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi  İbrahim Vəlizadənin doğum günüdür.


Missiya.Az xatırladır ki, İbrahim Vəlizadə 1998-ci il iyunun 11-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Vərməziyar kəndində anadan olub.


İbrahim Vəlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. İbrahim Vəlizadə sentyabrın 27-də Murovdağ döyüşləri zamanı itkin düşüb.


O, Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunmuş və onun tapılıb ailəsinə məlumat verilməsi üçün zəruri tədbirlər görülmüşdür, lakin uzun müddətli axtarışlar nəticə vermədiyindən İbrahim Vəlizadəyə "şəhid" statusu verilib.


Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2023-ci il tarixli Sərəncamına əsasən İbrahim Vəlizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.


Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2023-cü il tarixli Sərəncamına əsasən İbrahim Vəlizadə ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.

Şərur şəhər Şəhidlər xiyabanında büstü ucaldılıb, eyni zamanda Vərməziyar kənd şəhidlərinin və itkin şəhid İbrahim Vəlizadənin xatirəsinə bulaq çəkilibdir.


Allah rəhmət eləsin.


Leyla SƏMƏNDƏR
Missiya.Az





  • 11-06-2024, 12:36