AZ   |   RU
Anım günü Gəncə Tibb Kollecində tədbir keçirilib - FOTO

27 sentyabr Anım günü ilə əlaqədar Gəncə Tibb Kollecində tədbir keçirilib.  

Şəhidlərin ruhunun bir dəqiqəlik sükutla anılması ilə başlanan toplantını giriş sözü ilə açan kollecin direktoru Mehman Rzayev 44 günlük Qarabağ savaşında əldə etdiyi şanlı qələbəni Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldığını, hər birimizin bir qürur yeri olduğunu qeyd etdi: “Düz bir il bundan qabaq Ali baş Komandan İlham Əliyev bütün Azərbaycanı ayağa qalxıb silaha sarılaraq düşmənlə mübarizəyə səsləyəndə hər kəs gözünü qırpmadan torpaqlarımızın azad olunması üçün səfərbər oldu. Böyük, uzaqgörən siyasətçi, bacarıqlı komandanın ətrafında birləşərək “DƏMİR YUMRÜQ” olub ermənilərin başına endirildi. 30 il həsrətində olduğumuz tarixi torpaqların azad olunması yolunda şəhidlərimiz də oldu, qazilərimiz də. Sonda müzəffər ali baş komandanın rəhbərliyi altında  torpaqlarımız azad edildi. Biz indi qalib ölkənin vətəndaşlarıyıq və buna görə canlarından keçən şəhidlərimizə, qazilərimizə, döyüş meydanlarında çücaət göstərən əsgərlərimizə, Ali baş komandana minnətdarıq” deyə Mehman Rzayev əlavə etdi.

M.Rzayev vurğuladı ki, həmin ağır anlarda bütün tibb müəssisələrinə yaralıların gətirildiyi bir vaxta Gəncə Tibb Kollecinin tələbələri də kənarda qalmalıdılar. 30-a yaxın gələcəyin tibb bacısı olacaq tələbələr müxtəlif xəstəxana və hospitallarda yaralılarımıza tibbi yardımın göstərilməsində gecə gündüz iştirak etdilər. O da qeyd olundu ki, təsadüfi deyil ki, 44 günlük müharibədə qələbədən sonar həmin tibb ocaqlarının və hospitalların rəhbərləri o ağır dəqiqələrdə fədakarlıq göstərən kollecin tələbələrini fəxri fərman və təşəkkürnamələrlə təltif etdilər. Sonra şıxış edən kollecin müəlliməsi Gülşən Bağırova sentyabrın 27-də Azərbaycan öz haqq savaşına qalxdığını, öz dədə baba torpaqlarını erməni tapdağından azad etmək üçün səfərbər olduğunu, qorxmadan çəkinmədən bütün sahələrdə orduya, cəbhəyə yardım etmək üçün hər kəsin ürəklə can atdığını qeyd etdi. “Müharibə başlananda adətən insanlar qorxu içinə düşürlər. Amma Azərbaycan xalqı bu müharibəni bir qeyrət döyüşü kimi qarşıladı. Heç kəs çəkinmədi, usanmadı. Gəncə və digər şəhərlərdə dinc əhalini raket zərbələri ilə qətlə yetirdikləri vaxt belə bir anda geri çəkilmək, qorxmaq haqqında düşünmədik. Düşmən heç nə ilə bizim əqidəmizi, döyüşkənliyimizi sarsıda bilmədi. Biz sona qədər Ali Baş Komandanımıza və müzəffər ordumuza inandıq, onlara arxalandıq. Allah şəhidlərimizə rəhmət, qazilərimizə və döyüşlərdə fədakarlıq göstərən hərbiçilərimizə can sağlığı versin”.

Sonra çıxış edənlər də bu haqq savaşında hər kəsin bir yumruq olaraq birləşdiyini, orduya, cəbhəyə dəstək olduqlarını, bu birliyin nəticəsində də hər bir müasir silahlarla təchiz olunmuş ixtisaslı kadrları olan peşəkar ordumuzun qalib gələcəyinə inandıqlarını vurğuladılar. Sonda 27 sentyabrin bir Anım günü hər il xüsusi qeyd olunmasının əhəmiyyəti xüsusi vurğulandı və qeyd olundu ki, bu qeyrət və torpaq savaşında canından keçən şəhidlərimiz və qazilərimiz heç zaman unudulmayacaq, daim qəlblərdə yaşadılacaq.



  • 28-09-2021, 12:36