Müharibədə gücü ilə qalib gələn sülhpərvər ölkə - Azərbaycan Hər dəfə olduğu kimi, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev sentyabrın 27-də Anım Günü ilə əlaqədar xalqa ünvanladığı müraciətində də həm ictimaiyyətə, həm beynəlxalq aləmə, həm də hələ də düşmənçilik siyasətindən əl çəkməyən Ermənistana önəmli mesajlar verdi.
Bir il öncə erməni terrorçularının növbəti dəfə ərazilərimzə, insanlarımıza qarşı hərbi təxribat törətdiyini xatırladan Prezident namərd atəş nəticəsində ilk saatlarda mülki şəxslərin, hərbçilərin həlak olduğunu bildirib və bəyan edib ki, onun əmrilə Azərbaycan Ordusu bu qanlı cinayətə cavab olaraq genişmiqyaslı əks-hücum əməliyyatına başlamış və 44 gün davam edən İkinci Qarabağ müharibəsində tam Qələbə qazanmışdır.
Bir daha aydın olur: hücuma ilk dəfə ermənilər keçib və əks həmləli cavabla Azərbaycan cəmi 44 günə böyük Qələbə qazanıb. 28 illik işğala 44 gün içərisində son qoyulması Azərbayacanın fenomen gücə malik olduğunu təsdiqləyir və məhz əks hücum əməliyyatları zamanı haqqın təntənəsi ölkəmizin nə qədər sülhpərvər olduğunu göstərir.
Gənclərdə milli vətənpərvərlik, azərbaycaçılıq ruhunun inkişafı prioritet məqsəddir Bu gün – sentyabr 27-i təkcə Anım Günü deyil, həm də qələbənin başlandığı gündür. Keçən il dekabrın 2-də Prezidentin sərəncamıyla təsis olunan bu müqəddəs gün xalqın şərəf günüdür. Məmləkətimizi yurd xoşbəxtliyinə çatdıranların əbədiyyətə doğru uzanan yola ilk qədəm qoyduqları gündür bu gün. Qədəmləri Azərbaycana uğur gətirdi müqəddəslərin. Prezident müraciətində məhz bu amillərə diqqət çəkərək, İkinci Qarabağ müharibəsində həlak olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsi qarşısında bir daha baş əydiyini deyib, onları qəlbimizdə əbədi saxlayacağımızı bəyan edib.
Şəhidlərin xatirəsi hər ötən gün daha möhtəşəm hisslərlə xatırlanır. Bu gün Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməli qoyulub. Bu hadisə də bir il öncə dövlət başçısının sərəncamıyla həllini tapıb. Bununla yanaşı, şəhidlərin şərəfinə parklar salınır, küçələr yaradılır, müəssisələrə onların adları verilir. Şəhid ailələri, övladları işğaldan azad olunan ərazilərimizə, xüsusən Şuşaya səfərləri zamanı qəhrəman ataları ilə necə fəxr etdiklərini qürurla danışırlar. Şəhid övladlarında olan bu ali düşüncənin bütün ölkə üzrə təfəkkürlərdə oturuşmasına çalışan Prezident bu məzmunda verdiyi qərarlarla Azərbaycanın gələcəyini quracaq, inkişaf etdirəcək gənclərdə milli vətənpərvərlik, azərbaycaçılıq ruhunun inkişafını prioritet məqsəd kimi qarşıya qoyub.
27 sentyabr Anım Günü xalqın qürur günüdür. 27-dən başlayan yol İkinci Qarabağ müharibəsində şanlı tarix yaradanların ayaqları altında şəstlə dayandı. 27 sentyabrdan başlayan tarixin özü və nəticəsi kimi meydana çıxan Qələbə əbədi yaşayacaq. Bu həqiqəti Prezident belə əsaslandırır: “
Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik. Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq”. “Heç nə bizi dayandıra bilməzdi” – İlham Əliyev Bəli, Azərbaycanın əbədi qalibiyyəti dönməz, sarsılmaz, bölünmzədir. Müstəqillik dönəmində işğala məruz qalmağımızsa mənəvi həyatımızı alt-üst etmişdi. Ancaq bundan sonra “
müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq” – Prezidentin qəti əminliyidir və ölkə başçısı bu əminliyi bütöv xalqına təlqin edir.
Terrorçu Ermənistanın müharibədən kənarda qalan Gəncə, Tərtər, Bərdəyə raket zərbələri endirməsi onlarn öz başında partladı. İlham Əliyev müraciətində bildirib ki, Azərbaycan xalqı əzm, iradə, cəsarət göstərərək bütün bu təxribatlara sinə gərdi.
“Heç nə bizi dayandıra bilməzdi. Azərbaycan xalqı əzm, iradə, cəsarət göstərərək bütün bu təxribatlara sinə gərdi. Bizi heç kim və heç nə dayandıra bilməzdi. Müharibə dövründə dəfələrlə Azərbaycan xalqına müraciət edərək deyirdim ki, heç kim və heç nə bizi dayandırmayacaq. Biz ədalət savaşına çıxmışıq. Biz ləyaqət savaşına çıxmışıq. Biz milli qürur savaşına çıxmışıq. Biz müqəddəs savaşa çıxmışıq”. Qələbə xalqımızın qürurunu, mənliyini, kimliyini özünə qaytardı. Elə Preziden də bunu nəzərə alıb
, “Biz milli qürur savaşına çıxmışıq. Biz müqəddəs savaşa çıxmışıq” – deyir. Prezident müharibən öncə xalq-dövlət birliyinin möhkəm təməllər üzərində qurulduğunu dəfələrlə bəyan edib. Vətən müharibəsi ölkə başçısının qənaətində nə qədər doğru, dəqiq olduğunu isbatladı. 27 sentyabr gününündən başlayaraq, hər kəsin ürəyi cəbhə ilə döyünməyə başladı. Əlbəttə xalq əvvəllər də Vətənini qoruyan əsgərlərinə müqəddəs varlıqlar kimi baxırdı, müharibə dövründəsə hər kəs evini, eşiyini, malını, pulnu da cəbhəyə qurban etməyə hazır idi və bu istəyi əməllərilə dəfələrlə təsdiqləyirdilər. Prezident müraciətində məhz bu gerçəyin təzahürünü belə izah edir: “
Müharibə dövründə hamımız bir şüarla yaşayırdıq – öldü var, döndü yoxdur. Azərbaycan xalqı Azərbaycan Ordusunun arxasında möhkəm dayanaraq ordumuza əlavə güc verirdi. Günahsız insanların həlak olması, şəhər və kəndlərimizin dağıdılması Azərbaycan xalqının iradəsini qıra bilmədi. Biz hər gün irəli gedirdik, hər gün qələbə qazanırdıq, hər gün yeni uğurlar haqqında məlumatlar daxil olurdu. 44 gün ərzində bir gün də olmayıb ki, biz geriyə addım ataq. Ancaq mənfur düşmən, - baxmayaraq ki, onların əlində əlverişli mövqelər var idi, ərazinin relyefi onlara böyük üstünlük təşkil edirdi, baxmayaraq ki, 30 il ərzində 5-6 xətdən ibarət müdafiə istehkamları qurulmuşdu, - geri getməyə məcbur olmuşdur. 44 günlük müharibə zamanı Azərbaycan Silahlı Qüvvələrində bir nəfər də olsun fərari olmamışdır. Ancaq Ermənistan ordusunda 10 mindən çox fərari olmuşdur. Biz şəhidlərimizlə, qazilərimizlə fəxr edirik, eyni zamanda, Vətən müharibəsində qəhrəmanlıq göstərmiş hərbçilərimizlə, əsgər-zabitlərimizlə fəxr edirik. Onların qəhrəmanlığı, onların fədakarlığı heç vaxt unudulmayacaq. Biz bütün dünyaya göstərdik ki, Azərbaycan xalqı böyük xalqdır, Azərbaycan xalqı bu ədalətsizliklə heç vaxt barışmaq fikrində deyildi”. Ölkə başçısı xalqı özünü tanımağa, sevməyə, dəyər verməyə səsləyir Bəli, Azərbaycan 44 günlük Vətən müharibəsində milli iradə, milli ruh, milli ləyaqət təntənəsi nümayiş edtirdi. Bütün ölkə bir nəfər kimi haqq savaşı meydanına atldı. Ölkə başçısı
“Biz Qələbəni döyüş meydanında qazandıq. 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Biz qan tökərək, şəhidlər verərək bu Qələbəni əldə etdik və düşməni məcbur etdik ki, bizim qabağımızda diz çöksün və kapitulyasiya aktına imza atsın” deməklə, təmisl etdiyi xalqın əzəmətini bir daha dünyaya göstərmiş oldu. Prezident bu fikirlərin mənası ilə həm də xalqı özünü tanımağa, sevməyə, dəyər verməyə səsləyir:
“Həmin düşmən ki, 30 il ərzində bizə meydan oxuyurdu, 30 il ərzində Azərbaycan xalqının şərəf və ləyaqətini tapdalamağa çalışırdı. Azğınlaşmış, harınlamış, quduzlaşmış, qudurmuş düşmən bizim qabağımızda diz çökdü, ağ bayraq qaldırdı, təslim oldu və məcbur oldu ki, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atsın. Bunun nəticəsində yüzlərlə şəhər və kənd bir güllə atmadan, bir şəhid vermədən geri qaytarıldı”. Müqəddəs qanımız dəmir məntiqə söykənən siyasətimiz – QƏLƏBƏYƏ aparmaya bilməzdi Həm qanımız, həm də dəmir məntiqə söykənən siyasətimiz qələbənin qazanılmasında böyük paya sahibdir. Yüzlərlə şəhər və kəndin bir güllə atılmadan, bir şəhid vermədən geri qaytarılması dövlət başçısının son 17 ildə müharibəyə riyazi dəqiqliklə hazırlaşdığını açıq göstərir. Sülhə nail olmağın mümkünsüzlüyünə tam əminlikdən, düşmənin danışıqları uzatmaqla status-kvonu saxlamaq məqsədi güddüyü yüzdəyüz təsdilqənəndən sonra illərdir sıxılan dəmir yumruq işə düşdü və işğalçının başına elə bir zərbə endirdi ki, bir il keçib hələ də özlərinə gələ bilməyiblər.
Prezident Anım Günü müraciətində xalqa arxayınlıq gətirən, düşmənə xəbərdarlıq olan, dünyaya mesaj verən fikirlər də səsləndirib. İlham Əliyevin bugünə qədər söylədiklərini xatırlasaq görərik ki, dövlət başçısı nə deyib onu da gerçəkləşdirib. Bu dəfə də belə dedi:
“Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil və əgər kimsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin, öz ərazisində “Dağlıq Qarabağ” adlı qurum yaratsın, respublika yaratsın, cəmiyyət yaratsın. Biz də onu tanıyarıq, ancaq Azərbaycanda yox! Bu məsələ öz həllini tapdı. Bunu mən deyirəm - Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı. Hər kəs bu sözlərlə hesablaşmalıdır və hesablaşacaqdır”. Hesablaşmağa məcburdurlar, cənab Prezident. Onlar başlarına dəyən Dəmir Yumruğun zərbəsini, Sizin uzaqgörən praqmatik siyasətinizin nəticəsini, xalqın birliyini, hazırda dünyanın Azərbaycanın haqlı qələbəsini dəstəklədiyini görüb elə rəzil günə düşməyiblər ki, bir də “Dağlıq Qarabağ” adlı təhlükəli oyuna girişsinlər. Əlbəttə, dillərində deyəcəklər, ama dilçəkləri yoxdur, əgər hər hansı təxribata can atsalar, İlham Əliyevin bu sözləri gerçəyə çevrilib, onların həyatını ilan kimi saracaq.
“Anım Günündə şəhidlərimizin əziz xatirəsi önündə bir daha deyirəm, əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilsin! Müharibənin və Qələbənin rəmzi olan “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın!”. Şəhidlərimizin əziz xatirəsi önündə Prezidentin verdiyi söz əbədi pozulmaz möhürə mənzəyir. Yəqin unutmamısız, Prezident həmişə deyir:
“Bizim sözümüz, bizim möhürümüzdür”. Vurmuşuq da.
“Qarabağ Azərbaycandır!” nidasının əksini tapan BÜTOV VƏTƏN sənədində “Dəmir Yumruq”la vurulan möhürü artıq bütün beynəlxalq aləm təsdiqləyib. Prezident belə deyib:
“Bu gün bölgədə, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərində gündəliyi formalaşdıran tərəf də Azərbaycandır”. Azərbaycan regionda diqtə edən tərəfə çevrilib. Belə möhtəşəm mövqeyə sahibləndiyimiz üçün qardaşımız Türkiyəyə də böyük minnətdarlq düşür. İlham Əliyev müraciətində vurğulayıb
: “Qardaş Türkiyə və qardaş türk xalqı müharibənin ilk saatlarından Azərbaycanla həmrəy oldular, Azərbaycana öz dəstəyini göstərdilər. Türkiyə rəhbərliyi və əziz qardaşım Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən verilən açıqlamalar bizə çox böyük siyasi dəstək oldu, bizə əlavə güc verdi və biz bunu heç vaxt unutmayacağıq. 44 günlük Vətən müharibəsi bütün dünyaya Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi”. Azərbaycan haqq yolunda olduğuna görə, başqa dövlətər də bizə siyasi dəstək göstərdilər. Vətən müharibəsi təkcə mənfur ermənilərin çirkin əməllərinə son qaoymadı, eləcə də regionda faşizmin məhvinə səbəb oldu. Prosesin həm də bu amilə xidmət etdiyini dünya görürdü. Biz əzəli torpqalarımızı işğaldan qurtardıq, bununla yanaşı Qafqazda böyük layihələr icar etmək istəyən ölkələrə də qapıları açmışıq olduq: GƏLİN, TİKİN, YARADIN, DAHA ERMƏNİ FAŞİZMİ YOXDUR, BÖLGƏDƏ SÜLH QURULUB,
Prezident Azərbaycana dəstək verən xarici ölkələrə və həmvətənlərimizə də təşəkkürünü bildirib: “
Bütün digər ölkələr ki, bizə siyasi dəstək göstərdilər, biz onlara da minnətdarıq. Bilirəm ki, xarici ölkələrdə yaşayan milyonlarla azərbaycanlının da ürəyi tarixi Vətəni ilə bir döyünürdü, onlar hər gün gedən döyüşləri izləyirdilər, bizim uğurlarımıza sevinirdilər. Onu da bildirməliyəm ki, 44 gün ərzində və ondan sonra, hətta bu günə qədər mən minlərlə məktub alıram. Həm Azərbaycan vətəndaşlarından, həm dünya azərbaycanlılarından, həm də bizə dost olan müxtəlif ölkələrin vətəndaşlarından dəstək məktubları alıram, həmrəylik məktubları alıram. Müharibədən bir il keçməsinə baxmayaraq, artıq bütün beynəlxalq aləm bizim Qələbəmizlə razılaşıb, bunu qəbul edib. Bu gün bölgədə, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərində gündəliyi formalaşdıran tərəf də Azərbaycandır. Prezident bir vacib məqama da toxunub. Azərbaycanın işi işğalçını məğlub etməklə bitmir. Onlar yurdlarımızda törətdikləri vəhşiliyə, genosidə, mədəni adbidələrimizi darmadağın etdiklərinə görə də cavab verəcəklər. “
Biz işğal dövründəki erməni vəhşiliyi ilə bağlı, erməni faşizmi ilə bağlı əməli işlər aparırıq, bütün dünyanı məlumatlandırırıq və məlumatlandıracağıq. Ona görə də bizim Qələbəmiz qeyd etdiyim kimi, erməni faşizmi üzərində əldə edilmiş Qələbədir” – belə deyib Prezident.
Siyasətin əsas vacib xüsusiyyətlərindən biri ardıcıllıqdır. Proses zəncirvarı aparılmalıdır. Birinci mərhələdə görüləcək işi ikinci mərhələyə saxlamaq olmaz. Azərbaycan bu aksiomanın tətbiqində nəinki mahir bir dövlətdir, lazım olanda siyasi prosesləri paralel aparmağı və böyük nəticələr əldə etməyi bacaran az saylı ölkələrdəndir.
Birinci mərhələdə Qarabağı və ətraf rayonları işğaldan azad etdik. Minaların təmizlənməsi, şəhid, qazi, veteranların qayğısının çəkilməsi, adlarının əbədiləşdirilməsi, sosial vəziyyətlərinin yaxşılaşdırılması ilə yanaşı vandalların viran qoyduqları əarzilərimizdə də nəhəng tikinti-quruculuq işləri aparılır. Ardından isə beynəlxalq aləmin məlumatlandırılması işi gedir. Artıq ölkəmizə gələn yüzlərlə xarici nümayəndlərin təbliğatı nəticəsində dünya erməninin vəhşi xislət sahibi olduğunu analyıb. Şirkətlər Qarabağda fəaliyyət göstərmək üçün biznes planlar təqdim edirlər. Neçə-neçə biznes qurumları əməli işlərə başlayıblar, Füzulidə tikilən beynəlxalq hava limanı hazırdır. Bu həm də o deməkdir ki, müharibə mərhələsi bir daha geri dönməyəcək. Ermənilər təxribatları ilə müharibənin yenidən alovlanmasına çalışırlarsa, anlasınlar, həmin alov yenidən onların başına yağacaq.
Azərbaycan xalqı Ali Baş Komandanına, Komandan da xalqa güvənir, arxalanır. Prezidentin müraciətin sonunda söylədiyi fikirlərə diqqət çəksək qarşlıqlı inmın təzahürünü bir daha görəcəyik.
Prezident Aanım Günü ilə bağlı etdiyi müraciətini belə bitirir:
“Əziz həmvətənlər, Anım Günündə bütün şəhidlərimizin xatirəsi qarşısında, Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ruhu qarşısında bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirəm. Onların yaxınlarına, qohumlarına deyirəm ki, mən demişdim, onların qanı yerdə qalmayacaq və qalmadı. Biz onların qanını aldıq! Mən demişdim ki, biz onların qisasını döyüş meydanında alacağıq, belə də oldu. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib. Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq və azad edilmiş torpaqları quracağıq, bərpa edəcəyik. O torpaqlara artıq həyat qayıdır, insanlar qayıdır. Bu qayıdışı ən qısa müddət ərzində təmin etmək bu gün bizim başlıca vəzifəmizdir. Öz müraciətimi Qələbəmizin ayrılmaz hissəsi olan sözlərlə tamamlamaq istəyirəm: Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”. 28 il işğal faktoruna sinə gərən, torpaqların qaytaraılacağına bir an da olsun ümidini kəsməyən xalq heç beş il keçməz, illərdir ayrı düşdüyü Qarabağda xoş günlərini yaşayar.
Ceyhun Musaoğlu